“Anortosis” Dino Ndlovu ilə bağlı “Qarabağ”ın təklifini qəbul edib

“Anortosis” klubu Dino Ndlovu ilə bağlı “Qarabağ”ın təklifini qəbul edib. Allsport.az saytı xəbər verir ki, Kipr klubu Cənubi Afrika Respublikasından olan 26 yaşlı hücumçunu “atlılar”a buraxmağa razılaşıb.

Hələlik, bu transferin bütün məqamları açıqlanmır. Amma “Anortosis” təxminən onu 350 min avro qarşılığında Azərbaycan klubuna buraxmağa razı olub.

Hazırda “Qarabağ” futbolçunun özü ilə şəxsi müqavilənin detallarını müəyyənləşdirir. Bu keçidin həftə sonuna kimi rəsmiləşməsi gözlənilir. Daha öncə, “Qarabağ”ın Ndlovuya görə 330 min avro təklif etdiyi bildirilirdi.

Həmin kateqoriyadan