Ansu Fati inadkardır

Allsport.az xəbər verir ki, Ansu Fati hələ də “Barselona”dan ayrılmaq niyyətində deyil.

Cinah oyunçusunun gələcək planları dəyişməyib. O, Kataloniya klubunda qalmaq istəyir. Fati La Liqa təmsilçisindən getməyi o zaman düşünəcək ki, baş məşqçi Xavi onu komandada görmək istəmədiyini bildirsin.

Futbolçunun meneceri Xorxe Mendeş Ansu üçün heç bir transfer danışığı aparmayıb.

Bu mövsüm 20 yaşlı Ansu “Barselona”nın heyətində bütün turnirlərdə 46 oyunda 1662 dəqiqə meydanda olub və 7 qol vurub.

Həmin kateqoriyadan