“Apollon” – “Qəbələ” oyunu Qriqorçukun həmyerlilərinə tapşırıldı

“Qəbələ”nin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin “Apollon” klubuna qarşı keçirəcəyi ilk oyunun hakimləri müəyyənləşib. Allsport.az xəbər verir ki, qarşılaşmanı ukraynalı hakimlər briqadası idarə edəcəklər.

Baş hakim Sergey Boyko təyin olunub. Qeyd edək ki, “Qəbələ” ilə “Apollon” arasındakı ilk oyun iyulun 30-da Larnakada keçiriləcək.

Maraq üçün xatırladaq ki, Boyko azərbaycanlı futbolsevərlər üçün tanış hakimdir. O, bir neçə gün öncə “İnter”in İslandiya “Hafnarfyordur”u ilə cavab matçında dördüncü hakim funksiyasını yerinə yetirirdi. Ötən mövsüm isə o, “Qarabağ”ın Çempionlar Liqası çərçivəsində Avstriya “Zalsburq”una qarşı oyununu idarə etmişdi. Həmin görüşdə Boyko ağdamlıların heyətində Admir Teli ilə Reynaldonu qırmızı vərəqə ilə meydandan qovmuşdu.

Həmin kateqoriyadan