Aqil Məmmədov: “Futboldan birdəfəlik getmək istəyirəm”

“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Qarabağ”ın gücünü etiraf edirəm. Həm də qeyd etməliyəm ki, biz də öz oyunumuzu göstərə bilmədik. Yəqin ki, yorğunluq var. “Qarabağ”ı layiqli qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı oyun sərgiləsək də, uduzuruq. Elə olur ki, futboldan birdəfəlik getmək istəyirəm. Yaxşı oynadığımız bəzi oyunlarda qələbə əldə edə bilməmişik”.

Həmin kateqoriyadan