Aqil Məmmədov: “Neftçi” yenə Azərbaycanın bir nömrəli komandası olacaq”

“Neftçi”nin qapıçısı Aqil Məmmədov klubun rəsmi saytına açıqlama verib. Allsport.az əbər verir ki, qolkiper Avropa Liqasının I təsnifat mərhələsinin “Mladost”la cavab oyunu barədə fikirlərini bildirib:

“Mərhələ keçməməyimizin səbəbi təcrübəsizlik oldu, amma əminəm ki, zamanla bunu aradan qaldıracağıq. Hər iki oyunda rəqibdən yaxşı oynadıq, qol epizodlarımız çox oldu, amma bunlardan istifadə edə bilmədik. 91-ci dəqiqədə qol buraxdıq, deməli, qismət deyilmiş. Buna baxmayaraq, fikrimcə, “Neftçi”nin azarkeşləri fəxr etməlidir ki, komandada belə gənc futbolçular var. Çox şadam ki, belə bir komandanın üzvüyəm. Gələcəyin komandası qurulur. Əminəm ki, zamanla “Neftçi” yenə Azərbaycanın bir nömrəli komandası olacaq”.

Həmin kateqoriyadan