Argentinalı dünya çempionu eyni vaxtda 3 qızla görüşdü. Sonda nə oldu?

2023/24 mövsümündə “Bayer-04” bundesliqada əsl sensasiyaya çevrildi.

Allsport.az xəbər verir ki, 17 turdan sonra Xabi Alonsonun başçılıq etdiyi Leverkuzen komandası 45 xal və sıfır məğlubiyyətlə turnir cədvəlində 1-ci yerdədir. Son 11 Almaniya çempionluğunu qazanan “Bavariya” liderdən 4 xal geridə qalır.

Əgər Alonso “əczaçılar”ı titula aparsa, klub “Neverkusen” ləqəbindən canı qurtaracaq.

Hazırkı “Bayer”in kölgə qəhrəmanlarından biri də “Arsenal”dan aldığı Qranit Xaka ilə meydanın mərkəzində ideal tandem yaradan mərkəz yarımmüdafiəçisi Ezequiel Palasiosdur.

6 il əvvəl, Palasios hələ Argentina çempionatında oynayanda, qalmaqal yaşamışdı. Məlum olmuşdu ki, Ezequiel eyni vaxtda 3 qızla görüşür – onlardan 2-si bundan xəbər tutanda futbolçu ilə münasibətləri kəsmək qərarına gəlmişdilər.

Həmin kateqoriyadan