“Arsenal”dan tarixdə görünməmiş başlanğıc

“Arsenal” klubu İngiltərə premyer liqanın 2-ci turunda da uduzub. Allsport.az saytı xəbər verir ki, “topçular” London derbisində “Çelsi”yə 0:2 yenilib.

Mikel Artetanın komandası hazırda 19-cu pillədə qərarlaşıb. “Arsenal” ilk 2 görüşdə nə qol vurub, nə də xal qazanıb.

Bu, klub tarixində antirekorddur. Ölkə çempionatlarının yüksək liqasında 118-ci mövsümünü keçirən “topçular”, heç vaxt topsuz və xalsız qalmamışdı.

Həmin kateqoriyadan