“Artıq “Qəbələ” ilə oyunlara köklənməliyik”

Yunanıstanın “Panatinaikos” klubunun baş məşqçisi Yannis Anastasiu İspaniyanın “Real Sosyedad” klubuna qarşı keçirdikləri yoxlama matçını şərh edib. Allsport.az xəbər verir ki, o, komandasının 0:3 hesablı məğlubiyyəti ilə bağlı bunları söyləyib:

“Bu oyun futbolçularımız üçün bir dərs oldu. Bütövlükdə, futbolçularımızın gördüyü işdən razıyam. Artıq bizim üçün daha vacib olan Avropa Liqası çərçivəsində qarşılaşacağımız “Qəbələ” ilə oyuna və ölkə çempionatının startına köklənməkdir”.

Qeyd edək ki, “Panatinaikos” Avroliqanın pley-off mərhələsində “Qəbələ” ilə mübarizə aparacaq. Bu klublar arasındakı ilk oyun avqustun 20-də Bakıda, cavab görüşü isə ayın 27-də Afinada keçiriləcək.

Həmin kateqoriyadan