“Arzum budur ki, tək futbolçular yox, bütün sahələrin insanları ölkələrimizi layiqincə tanıtsınlar”

“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl azərbaycanlı Ramil Quliyevin atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanmasına münasibət bildirdi. Allsport.az saytı xəbər verir ki, türkiyəli iş adamı həmyerlimizin tarixi qələbəsini böyük hadisə adlandırdı:

“Əlbəttə, çox böyük, tarixi uğurdur. Türkiyəni, Azərbaycanı, Qarabağı dünyada tanıdan hər bir insana təşəkkür etməliyik. İnşallah, arzum budur ki, təkcə futbolçular deyil, bütün sahələrin insanları ölkələrimizi layiqincə tanıtsınlar. Türkiyə və Azərbaycan xalqını, Ramil Quliyevin özünü təbrik edirəm”.

Həmin kateqoriyadan