ASED liqasında 3-cü tura yekun vurulub

MMA üzrə ASED liqasının seçim mərhələsinin 3-cü turuna yekun vurulub. Allsport.az saytı xəbər verir ki, gecədə 10 peşəkar və 6 həvəskar döyüş təşkil olunub.

Əsas qarşılaşmada Ayxan Süleymanov “Qəbələ” idman klubunun təmsilçisi Cəmil Yusifova texniki nokautla, Heydər Qasımzadə iranlı Behnam Salimiyə xal hesabı ilə uduzublar.

17 yaşlı Cavid Rzayev ilk peşəkar döyüşünü keçirib. Həm təcrübə, həm də yaş baxımından özündən üstün rəqibini məğlub edib.

Həmin kateqoriyadan