Asif Məmmədov: “Dinamo” ilə matçı karyeramda ən uğurlu oyunlardan biri saymaq olar”

“Qəbələ” bu gun Avropa Liqasının ikinci təsnifat mərhələsi cərcivəsində ilk oyununa cıxır. Allsport.az xəbər verir ki, bölgə klubu Serbiyada, paytaxt Belqradın 19 kilometrliyində yerləşən kicik Cukaritse şəhərini təmsil edən “Cukariçki” komandasının qonağı olacaq.

Yay fasiləsində “İnter”dən transfer edilən yarımüdafiəçi Asif Məmmədov bu oyun öncəsi klub qəzetinə açıqlama verib. O, qitəmiqyaslı turnirlərdə doğma arenada “Qəbələ”nin ilk qolunun müəllifi olduğuna görə çox sevindiyini bildirib:

“Qəbələ”də rəsmi debütüm uğurlu alındı. Əlbəttə, çox sevindiricidir ki, bu tarixi qola azərbaycanlı futbolçu imza atdı. Arif Daşdəmirovun hava ötürməsindən sonra topu baş zərbəsi ilə qapıdan keçirdim. Ola bilər, vaxtilə Ariflə “İnter” də birgə oynamağımız öz sözünü dedi. Güman edirəm ki, yenə də qollar vuracağam. Əvvəllər də, elə “İnter”in heyətində avrokuboklarda yaxşı çıxış etdiyim oyunlar olub. “Dinamo”yla matçı isə karyeramda ən uğurlu oyunlardan biri saymaq olar”.

29 yaşlı yarımmüdafiəçi ikinci təsnifat mərhələsinin ilk oyununa yaxşı hazırlaşdıqlarını bildirib. O, “İnter”də də komanda yoldaşı olduğu serbiyalı müdafiəçi Voyislav Stankoviçdən “Çukariçki” haqda məlumat aldıqlarını söyləyib: “Növbəti rəqibimizlə bağlı komanda yoldaşımız Stankoviçdən, cüzi də, olsa məlumat almışıq. Onun sözlərinə görə, “Çukariçki” yaxşı komandadır, hətta Tiflis “Dinamo”sundan güclüdür. Ümumiyyətlə, Serbiya futbolunun səviyyəsi bəllidir. Bu ölkənin futbolçuları adlı-sanlı Avropa klublarında top qovur”.

Məmmədov Serbiyada azarkeş dəstəyinin çox güclü olduğunu ön plana çəkib: “Buna görə də, bizi çətin sınaq gözləyir. “Çukariçki” tanınmış komanda olmasa da, hazırda Serbiyanın aparıcı klublarındandır. Serbiya çempionatında bürünc mükafata sahib olmaları və ölkə kubokunun finalında çempion “Partizan”a qalib gəlmələri rəqibimizin gücündən xəbər verir”.

Asif komanda yoldaşlarının səfərdən yaxşı nəticə ilə qayıtmağa kökləndiklərini bildirib: “Komandamız son oyunda qalib gəlib. İndi bizdə özünəinam hissi çox güclüdür. Belqradda, ən azından, heç-heçə etməliyik. Ancaq səfərdə qalib gəlməyimiz lazımdır”.

Həmin kateqoriyadan