ATF “2016-cı ilin ən yaxşı milli federasiyası” seçilib

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kamaləddin Heydərov xüsusi mükafata layiq görülüb. Allsport.az saytı xəbər verir ki, mükafatı ona Dünya Taekvondo Federasiyasın prezidenti Çunqvon Ço təqdim edib. O, Azərbaycanı cari ildə qazandığı uğurlar münasibətilə təbrik edib. Qonaq, Rio-2016-da taekvondoçularımızın qazandığı 1 qızıl və 2 bürünc medalı yüksək nəticə kimi qiymətləndirib.

Kamaləddin Heydərov öz növbəsində, qran-pri yarışının final mərhələsini və komandalarası dünya çempionatını Azərbaycana həvalə etdikləri üçün DTF-ə və onun rəhbəri Doktor Çoya öz təşəkkürümü bildirib. Federasiya prezidenti bunu Azərbaycana verilən yüksək dəyər kimi qiymətləndirib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov “Odlar yurdu” kimi tanınan Azərbaycanın dünyada “idman ölkəsi” məşhur olduğunu vurğulayıb. Sonra müxtəlif nominasiyalar üzrə ilin qalibləri müəyyənləşib.

ATF “2016-cı ilin ən yaxşı milli federasiyası” seçilib. Bu seçim Dünya Taekvondo Federasiyasının (DTF) səsverməsinə əsasən götürülüb. Mükafat təşkilatın prezidenti Çunqvon Ço tərəfindən ATF-in vitse-prezidenti Nağı Səfərova təqdim olunub.

“İlin ən yaxşı kişi məşqçisi” nominasiyasında Azərbaycanın kişilərdən ibarət milli komandasının baş məşqçisi Rza Mehmandost qalib gəlib. Mükafatı məşqçiyə ATF prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Həmçinin, “ən yaxşı kişi idmançı” üçün nəzərdə tutulan mükafat Rio Yay Olimpiya Oyunlarının qalibi iordaniyalı Əhməd Abuqaşa, “ən yaxşı qadın idmançı” 2-qat olimpiya çempionu, britaniyalı Ceyd Consa təqdim olunub. “Ən yaxşı kişi hakim” kimi Sonq-çul Kimə (Kanada), “ən yaxşı qadın hakim” kimi Mariya Merkuri (Gürcüstan) fərqləniblər. “Ən yaxşı zərbə” adlı mükafat Fil Dişi Sahilinin təmsilçisi Çeyx Salleh Junior Sisseye verilib.

Həmin kateqoriyadan