ATF-in vitse-prezidentindən ümidverici açıqlamalar

“Taekvondo üzrə milli komandalarımız yanvarın 5-də təlim-məşqə başlayacaq. Olimpiya çempionu Radik İsayev də bura cəlb olunacağıq. O, dünya çempionatında iştirak etdikdən sonra, karyerasını bitirib-bitirməyəcəyinə qərar verəcək”.

Allsport.az saytı xəbər verir ki, bunu ATF-in vitse-prezidenti Niyaməddin Paşayev deyib. MDB-nin ilk dünya çempionu, yığmanın digər üzvü – olimpiya mükafatçısı Milad Hərçaqaninin də heyətdə olacağını vurğulayıb:

“Milad Beiqi Azərbaycana ali təhsilini bitirib gəlmişdi. Amma hərbi xidmətini bitirməmişdi. Beiqi bu məsələni həll etdi. Hazırda ölkəmizdədir. Son toplanışda da iştirak edib. O, yanvarın 5-dən millinin düşərgəsində olacaq”.

Həmin kateqoriyadan