ATF qitə birinciliyində fərqlənənlərə hədiyyələr təqdim edib

Azərbaycan taekvondo federasiyasında Bosniya və Hersoqovinada gənclər arasında Avropa birinciliyindən qayıdan komandanın baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev və böyük məşqçi Zahid Məmmədovla, eləcə də idmançıların şəxsi məşqçiləri, Tural Vəlibəyov, Günay Zeynalova, Vüqar Kərimovla görüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, toplantıda iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və Nəzarət-Təftiş Komitəsinin sədri Vüqar Məmmədov mükafat qazananları təbrik ediblər. Taekvondoçulara növbəti yarışlarda da uğurlar arzulayan federasiya rəhbərliyi, onlara hədiyyələr təqdim edib. Sonda xatirə şəkli çəkdirilib.

Xatırladaq ki, Səyyad Dadaşov (51 kq) və Zemfira Həsənzadə (42 kq) qızıl, Pünhan Mürsəlov (45 kq) bürünc medal qazanıblar.

Həmin kateqoriyadan