“Atletik” “İnter”lə oyun üçün 25 futbolçu sifariş etdi

İspaniyanın “Atletik” klubu Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacağı Bakı “İnter”i ilə oyunlar üçün sifariş ərizəsini UEFA-ya təqdim edib. Allsport.az xəbər verir ki, Bilbao təmsilçisinin baş məşqçisi Ernesto Valverde siyahıya 25 futbolçunun adını daxil edib:

Qapıçılar: Qorka İraisos, Yaqo Herrerin;

Müdafiəçilər: Eneko, Emerik Laport, Mikel San Xose, Xabyer Eçeyta, Karlos Qurpegi, Mikel Balensyaqa, Enrik Zaborit, İniqo Lekue;

Yarımmüdafiəçilər: Qorka Elustondo, Xavyer Eraso, Benat, Ander İturraspe, Oskar de Markos, İbay Qomes, Markel Susaeta, Mikel Riko, Ager Akeçe, İniqo Ruus de Qalarreta;

Hücumçular: Kike Sola, Arits Aduris, Borxa Viqera, Gilyermo Fernandes, Sabin Merino.

Qeyd edək ki, “Atletik”lə “İnter” arasındakı ilk oyun iyulun 30-da Bilbaodakı “San Mames” stadionunda keçiriləcək.

Həmin kateqoriyadan