Atletika üzrə Azərbaycan çempionatı sona yetib

Bü gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə ölkə çempionatına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışda 15 klubdan 100-dən artıq idmançı çıxış edib. Mübarizənin sonuncu günündə qadınlarda uzunluğa tullanmada Nazan Əzməmmədli bütün rəqiblərini qabaqlayıb. 800 metr məsafəyə qaçışda Rəqsanə Rəcəbli qızıl medal qazanıb. Zəkiyyə Həsənova 200 metr məsafəyə qaçışda fərqlənib.

Kişilərdə nüvəitələmədə İsmayıl Əliyev, nizə atmada Orxan Qasımov, uzunluğa tullanmada Nazim Babayev 1-ci yeri tutublar. Ələkbər Əzizov 200, İlham Abışov isə 800 metr məsafəyə qaçışda hamını qabaqlatıblar.

Yarışın baş hakimi Ceyhun Hüseynov, baş katibi Natalya Kafarova, direktoru isə Kamal Əhmədov olublar. Qaliblərə medal, diplom və pul mükafatı təqdim edilib.

Həmin kateqoriyadan