“Atletiko”nun əfsanəsi Simeonenin köməkçisi oldu

“Atletiko”nun əfsanəsi Simeonenin köməkçisi oldu

Madridin “Atletiko”sunun sabiq kapitanı Qabi Fernandes doğma komandaya qayıdıb.

Allsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis yeni mövsümdən etibarən komandanın baş məşqçisi Dieqo Simeonenin köməkçisi kimi fəaliyyət göstərəcək.

O, səkkiz il bu vəzifədə çalışan Nelson Vivası əvəzləyəcək.

Qabi “Atletiko”nun yetirməsidir. O, Madrid təmsilçisinin əsas komandasında 2004–2007 və 2011–2018-ci illərdə çıxış edib. Klubdan ayrıldıqdan sonra iki mövsüm Qətərin “Əl-Sədd” komandasında oynayıb və 2020-ci ildə futbolçu karyerasını başa vurub.

Həmin kateqoriyadan