Atletimiz Tokio olimpiadasına vəsiqə qazanıb

Çinin Nanjinq şəhərində “IAAF World Challange” yarışında çəkic atmada Anna Skidan 5-ci yer tutub.

Allsport.az saytı xəbər verir ki, idmançımız 72.92 metr nəticə ilə Tokio-2020-yə vəsiqə qazanıb. Bu olimpiadaya lisenziya üçün hər atlet, ən azı, 72.50 metr nəticə göstərməlidir.

Bu yarışda iştirak edən Avropa çempionu Nazim Babayev 6-cı pillədə qərarlaşıb.

Həmin kateqoriyadan