- Baxış sayı: 54
- 24 Sentyabr 2026 22:58
- Baxış sayı: 76
- Sentyabr 25, 2026
- 0

Akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, Mingəçevir şəhərində “Kür” olimpiya tədris-idman mərkəzində Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparır.
Avarçəkənlər kayak və kanoe növlərində 1 və 2 nəfərlik qayıqlarda 200, 500 və 1000 metr məsafədə çıxış edirlər. Akademik avarçəkmədə isə iştirakçılar 1, 2 və 4 nəfərlik qayıqlarda 1000 və 1500 metr məsafədə güclərini sınayırlar.
Qalib idmançılar diplom və medallarla mükafatlandırılmaqla yanaşı, oktyabrda baş tutacaq ənənəvi “Mingəçevir reqatası” beynəlxalq turnirində iştirak etmək hüququ qazanacaq.