Avqustun ən yaxşısı

Avqustun ən yaxşısı

“Barselona”nın hücumçusu və kapitanı Rafinya İspaniya La liqasında avqust ayının ən yaxşı futbolçusu seçilib.

Allsport.az xəbər verir ki, braziliyalı hücumçu avqust ayında La liqada üç oyunda iştirak edib. O, bu qarşılaşmalarda 5 qol vurub və 1 məhsuldar ötürmə edib.

Rafinya “Elçe”ni 5:0 hesabı ilə məğlub etdikləri görüşdə və “Rayo Valyekano” ilə 5:2 hesablı qarşılaşmada dubl edib. O, “Atletik” Bilbao üzərində 2:0 hesablı qələbədə də bir dəfə fərqlənib.

29 yaşlı futbolçunun “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Həmin kateqoriyadan