Avrokuboklarda çıxış etmiş klublarımıza UEFA-dan 30 790 avro

2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmiş müəyyən klublar UEFA-nın Maliyyə Fair Play (Financial Fair Play) qaydalarına əməl etmədikləri üçün cərimələniblər. Allsport.az xəbər verir ki, həmin məbləğ qeyd olunmuş klubların UEFA-nın klub yarışlarında iştirakına görə UEFA-dan alınacaq məbləğdən tutulub və UEFA-nın İcraiyyə Komitəsinin 18 sentyabr 2014-cü il tarixli qərarına əsasən, həmin vəsait qeyd olunmuş mövsümdə UEFA-nın klub yarışlarında çıxış etmiş və qaydaları pozmamış klublar arasında bölünüb.

UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş hər klub 261 520 avro, təsnifat mərhələsində çıxış etmiş hər klub 30.790 avro alacaq. Bu məbləğlər UEFA tərəfindən Milli Assosiasiyalar vasitəsilə borcu olmayan müvafiq klublara göndərilir.

Beləliklə, 2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarının təsnifat mərhələsində Azərbaycanı təmsil etmiş “Qarabağ”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının hesabına 30 790 avro keçirilib.

Həmin kateqoriyadan