Avrokuboklardakı klublarımızın cavab oyunlarının hakimləri

Avrokuboklarda mübarizəni davam etdirən klublarımız – “Qarabağ”, “İnter” və “Qəbələ” cavab oyunu keçirəcəklər. Allsport.az sizi həmin oyunların təqvimi, eləcə də hakim təyinatları ilə tanış edir:

Çempionlar Liqası
III təsnifat mərhələsi (cavab oyunu)

“Qarabağ” (Azərbaycan) – “Seltik” (Şotlandiya)
5 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21:30.
Baş hakim: Martin Stromberqsson
Baş hakimin köməkçiləri: Daniel Qustavvson, Stefan Hallberq
Dördüncü hakim: Yohan Hamlin
(Hakimlər briqadası İsveçdəndir)
UEFA nümayəndəsi: Peter Lundstrom (Finlandiya)
Hakim-inspektor: Alan Hamer (Lüksemburq)
İlk oyun: 0:1

Avropa Liqası
III təsnifat mərhələsi (cavab oyunları)

“İnter” (Azərbaycan) – “Atletik” (İspaniya)
6 avqust. Bakı. “Şəfa stadionu”. Saat 21.00
Baş hakim: Serdar Gözübüyük
Baş hakimin köməkçiləri: Bas Van Dongen, Patrik Langkamp
Dördüncü hakim: Dennis Higler
(Hakimlər briqadası Hollandiyadandır)
UEFA nümayəndəsi: George Fantaros (Kipr)
Hakim-inspektor: Kostadin Gerginov (Bolqarıstan)
İlk oyun: 0:2

“Qəbələ” (Azərbaycan) – “Apollon” (Kipr)
6 avqust. Bakı. “Bakcell Arena”. Saat 21.00
Baş hakim: Duarte Nuno Perreyra Qomeş
Baş hakimin köməkçiləri: Luis Andre Ferreyra Pinto Campos, Venansio Manuel Raposo Batista
Dördüncü hakim: Bruno Miguel Duarte Paixao
(Hakimlər briqadası Portuqaliyadandır)
UEFA nümayəndəsi: Vladislav Kodev (Rusiya)
Hakim-inspektor: Fraqutin Karlo Polyak (Xorvatiya)
İlk oyun: 1:1

Qeyd: Mübarizəni davam etdirən təmsilçilərimizin iştirakı ilə əvvəlki mərhələlərdə keçirilmiş oyunların nəticələrini diqqətinizə çatdırırıq:

Çempionlar Liqası, II təsnifat mərhələsi
“Qarabağ” – “Rudar” 0:0
“Rudar” – “Qarabağ” 0:1

Avropa Liqası, I təsnifat mərhələsi
“Dinamo” (Gürcüstan) – “Qəbələ” 2:1
“Qəbələ” – “Dinamo” 2:0

“Laçi” (Albaniya) – “İnter” 1:1
“İnter” – “Laçi” 0:0

Avropa Liqası, II təsnifat mərhələsi
“Çukariçki” (Serbiya) – “Qəbələ” 1:0
“Qəbələ” – “Çukariçki” 2:0

“Hafnarfyordur” – “İnter” 1:2
“İnter” – “Hafnarfyordur” 2:2 (əlavə vaxtda)

Həmin kateqoriyadan