Avropa çempionatı öncəsi ATF-də taekvondoçularla görüş

10-13 mayda Tatarıstan paytaxtı Qazanda Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, səfər öncəsi Taekvondo federasiyasının inzibati binasında milli komanda ilə görüş keçirilib. İclasda vitse-prezidentlər Nağı Səfərov, Niyaməddin Paşayev və baş katib Həmdiyyə Məmmədov iştirak ediblər.

Komandanı salamlayan Nağı Səfərov və Niyaməddin Paşayev millinin isveçrənin Montrö şəhərində keçirilən son avropa çempionatında Milad Beigi Hərçəqaninin qızıl, Patimat Abakarovanın gümüş, Payam Qobadi Oğazın bürünc medal qazanaraq uğurlu çıxışını xatırladıb. Bu dəfə də idmançılarımızın uğur qazanacaqlarına inandıqlarını vurğulayaraq onlara bol şanslar arzulayıblar.

Qazanın “Ak Bars” idman arenasında təşkil edilən qitə çempionatında ölkəmizi təmsil edəcək komandanın heyəti də açıqlandı. Millimiz Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə avropa çempionatına 15 taekvondoçu ilə yollanır. Belə ki, baş məşqçi Reza Mehmandoust və böyük məşqçi Rəşad Əhmədovun yetirmələrindən Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Milad Beiqi Hərçəqani (80 kq), Ramin Əzizov (87 kq), Radik İsaev (+87 kq) mübarizə aparacaqlar.

Qadınların baş məşqçisi Elnur Amanov bu idmançılara fürsət verib: Fatemeh Shabannia Mansour (46 kq), Patimat Abakarova (49 kq), Sahar Kargar (53 kq), Mahtap Kiyanichandeh (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zahra Fazel Kalkhorana (+73 kq) şans verib.

Beynəlxalq dərəcəli hakim Gündüz Abdullayev avropa çempionatında ölkəmizi hakim qismində təmsil edəcək. Komandamız mayın 14-dü Vətənə dönəcək.

Həmin kateqoriyadan