Avropa çempionatından qayıdan taekvondoçularla görüş keçirildi

Azərbaycan taekvondo federasiyasında Estoniyanın paytaxtı Tallində kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında keçirilən Avropa birinciliyindən qayıdan taekvondoçularla görüş keçirilib. Allsport.az xəbər verir ki, tədbirdə iştirak edən ATF-in vitse-prezidentləri Nağı Səfərov, Niyaməddin Paşayev və nəzarət-təftiş komitəsinin sədri Vüqar Məmmədov mükafat qazanan idmançıları təbrik ediblər.

Səfərov yeniyetmə və kiçikyaşlı taekvondoçuların çıxışını uğurlu adlandırıb. O bildirib ki, pandemiya dövründə yarışa yollanan yeniyetmə millinin 1 qızıl, 4 gümüş, 2 bürünc medalla, kiçikyalıların isə 1 qızıl və 1 gümüş medal qazanması böyük nailiyyətdir:

“Koronavirus pandemiyasının yaratdığı çətinliyinə baxmayaraq, uğurlu nəticə əldə edərək vətənə medalla qayıtdınız. Bundan sonra da məşqləri davam etdirib növbəti yarışlarda da bizləri sevindirməyi sizə arzulayıram. Məşqçilərə çəkilən əziyyətə və belə idmançıların ölkə idmanına vediyi töhvəyə görə təşəkkür edirik!”.

Niyaməddin Paşayev mövcud vəziyyətə görə idmançıların yarışlara qatıla bilmədiyi və ona görə yarış təcrübəsinin az olmasına baxmayaraq belə nəticəni uğurlu saydığını qeyd edib. “ Böyük əzm nümayiş etdirərək, medallar qazanaraq bizləri sevindirdiyiniz üçün hər birinizi və eləcədə məşqçi heyəti təbrik edirəm!”

Yeniyetmə millinin baş məşqçisi Səbuhi Zülfiqarov komandasının əldə etdiyi nəticəyə görə sevindiyini vurğulayıb. O bildirib ki, təlim-məşqlər zamanı mükafat qazanan bəzi idmançıların potensialı artıq bəlli idi. Məsələn, qızıl medalın mükafatçısı Məməmməd Həsənlinin hansı səviyyədə olduğun bilirdik. “Digər komanda yoldaşları da ümidverici idmançılar idi və ümidləri də doğrultdular. Federasiya rəhbərliyinə göstərilən diqqət və qayğıya görə minfətdarıq! Məşqçi-müəllimlərin zəhmətini danılmazdır. Onlara, idmançılara görə öz təşəkkürümüzü bildiririk!”
Sonda taekvondoçulara federasiya tərəfində hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirildi.

Avropa birinciliyində kiçikyaşlı idmançılardan isə öz klublarını təmsil edən Çingin Həsənov (Əli-Mehdi) t.k. qızıl medal, Sabir Məmmədli (Ümid) isə gümüş medalla vətənə dönüb. İlkin Şahbazovun rəhbərliyi ilə yarışda uğur qazanan idmançılar da federasiya rəhbərliyi ilə görüşüb.
Hər iki məşqçi və idmançını təbrik edən vitse-prezidentlər Nağı Səfərov Və Niyaməddin Paşayev kiçikyaşlı yeniyetmələrə qiymətli hədiyyələr təqdim edib.

24-27 avqust tarixlərində Tallinn şəhərində kiçikyaşlı yeniyetmələr və yeniyetmələr arasında keçirilən avropa birinciliyində millimiz üzvlərindən Məhəmməd Həsənli (37 kq) qızıl medal, Hüseyn Xudiyev (65 kq), Vasif Səlimov (45 kq), İslam Əhmədzadə (53 kq), Nərgiz Kazımova (47 kq) gümüş medal, Zəhra İsayeva (29 kq) və İlyas Hətəmli (33 kq) bürünc medala sahib olublar.
Kiçikyaşlı yeniyetmələrdən isə klubunu təmsil edən “Əli-Mehdi” taekvondo klubunun yetirməsi olan Çingiz Həsənov (36 kq) qızıl medal, “Ümid” taekvondo klubunun təmsilçisi Sabir Məmmədli isə gümüş medala layiq görülüb.

Həmin kateqoriyadan