- Baxış sayı: 58
- 06 Noyabr 2026 11:42
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasına yeni təyinat alıb. Allsport.az xəbər verir ki, o, Ukraynanın “Vorskla” və Slovakiyanın “Jilina” klubları arasında keçiriləcək cavab matçını idarə edəcək.
Ona yan xətt hakimləri Zeynal Zeynalovla Rza Məmmədov yardım göstərəcək. Dördüncü hakim funksiyasınıisə Rəhim Həsənov yerinə yetirəcək.
Qeyd edək ki, sözügedən oyun avqustun 6-da Ukraynada keçiriləcək.