Axırıncılar qarşıdurması sülhlə bitdi

Çex Respublikası və Cənubi Afrika dünya çempionatının “A” bölməsinin 2-ci oyununda heç-heçə ediblər. Allsport.az saytı xəbər verir ki, slavyanlar 6-cı dəqiqədə yarımmüdafiəçi Mixal Sadilekin sayəsində önə keçiblər.

CAR əsas vaxtın bitməsinə 7 dəqiqə qalmış, yarımmüdafiəçi Teboho Mokoena hücumçu Pavel Şuleçin öz cərimə meydançasında əllə vurduğu topa görə təyin olunmuş penaltidən qola çevirərək hesabı bərabərləşdirdi.

Hər 2 komandanın 1 xalı var və qrupda 3-4-cü yerləri bölüşdürürlər.

Həmin kateqoriyadan