- Baxış sayı: 30
- 02 Noyabr 2026 10:39
- Baxış sayı: 262
- Oktyabr 25, 2026
- 0
Avropada DÇ-2018-in seçmə qrup mərhələsinin 2-ci turuna yekun vurulub. Allsport.az xəbər verir ki, qitə arenalarında qeydə alınan bütün nəticələrdən sonra maraqlı faktlar qeydə alınıb. Bunlardan biri də Avropa komandaları arasında cəmi 7 ölkə təmsilçisinin maksimum nəticə göstərməsidir.
Seçmə mərhələnin startında səfərdə San Marinoya, doğma meydanda isə Norveçə eyni hesabla (1:0) qalib gələn Azərbaycan millisi də qitənin itkisiz irəliləyən yeddi komandasından biridir.
Qeyd edək ki, Azərbaycanla yanaşı, Belçika, Almaniya, Yunanıstan, İsveçrə, Albaniya və İngiltərə də ilk 2 oyununu qələbə ilə başa vuranlar arasındadır.