- Baxış sayı: 40
- 11 Fevral 2025 22:14
- Baxış sayı: 102
- Fevral 10, 2025
- 0
Yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatına start verilib.
Allsport.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72, 82 və 97 kq-da 104 idmançı mübarizə aparıb.
İlk finalın qalibi 3 illik fasilədən sonra çempionluq sevinci yaşayan Elmir Əliyev (55 kq) olub. Ziya Babaşov ardıcıl 3-cü dəfə 63 kq-da Azərbaycan çempionu ünvanına sahib çıxıb. 72 kq-ın həlledici görüşündə ötənilki finalçılar üz-üzə gəlib. Bu dəfə də Urfan Həsənlidən güclü olan Ruslan Nurullayev titulunu qoruyub. 82 kq-da yeni ölkə çempionu müəyyənləşib. Sürprizə imkan verməyən Qurban Qurbanov favorit statusunu doğruldub. 97 kq-da gözlənilən final baş tutub. İki milli üzvünün qarşıdurmasından Murad Əhmədiyev qalib ayrılıb və titulunu qoruyub.
55 kq
63 kq
72 kq
82 kq
97 kq