- Baxış sayı: 48
- 13 İyul 2026 10:45
- Baxış sayı: 90
- İyul 13, 2026
- 0

Litvada açıq ölkə çempionatında gənc akademik avarçəkmə üzrə millinin üzvü Azər İlyasov uğurlu çıxış edib.
Allsport.az xəbər verir ki, hazırda orada təlim-məşqdə idmançımız, Şaulyay şəhərində yarışda gümüş medal qazanıb.
Yerli avarçəkənlərlə yanaşı, ABŞ, İsveçrə və İsraildən olan idmançıların da mübarizə apardığı turnirdə Azər İlyasov 15 iştirakçının yer aldığı yarımfinal mərhələsini uğurla adlayaraq “A” finalına yüksəlib.
Yağışlı və küləkli hava şəraitində keçirilən həlledici yürüşdə təmsilçimiz 2000 metr məsafəni 7 dəqiqə 52 saniyəyə qət edib. O, yalnız ev sahibi ölkənin idmançısından geri qalaraq gümüş medala sahib çıxıb.