- Baxış sayı: 30
- 19 İyun 2026 04:04
- Baxış sayı: 80
- İyun 18, 2026
- 0

“Neftçi”nin ötən gün konfrans liqasının 3-cü təsnifat mərhələsində “Rapid”lə cavab matçının (2:0, ilk oyun – 1:2) ilk hissəsində zədələnərək əvəzlənən futbolçusu Azər Salahlı müayinədən keçib.
Allsport.az saytı xəbər verir ki, həkimlərin rəyinə görə, 28 yaşlı müdafiəçi 5-ci ayaqdarağı sümüyünün qırığı diaqnozu ilə əməliyyat olunmalıdır.
Cərrahi əməliyyat yaxın günlərdə həyata keçiriləcək və təxminən 3 ay ərzində meydandan kənarda qalacaq.