Azərbaycan agır atletinin Avropa çempionatında ilk çıxışı uğursuz alınıb

Xəbər verdiyimiz ki, aprelin 11-də Tiflisdə idmanın ağırlıqqaldırma növü üzrə Avropa çempionatı start götürüb. Allsport.az xəbər verir ki, çempionatın ilk günüdə Azərbaycan atleti Elmar Alıyev 56 kiloqram çəki dərəcəsində A qrupunda mübarizə aparıb.

İdmançımız birdən ağırlıq qaldırmada 107 kiloqramı asanlıqla başı üzərinə qaldıra bilsə də, sonrakı cəhdləri uğursuz alınıb və o, bu mərhələni 9-cu pillədə başa vurub. Atletimiz təkanla ağırlıq qaldırmada da ilk cəhddə 137 kiloqramın öhdəsindən asanlıqla gəlib. Lakin sonradan verdiyi 142 və 143 kiloqram sifarişi yerinə yetirə bilməyib.

Atletlərin çıxışlarını izləyən münsiflər heyətində Azərbaycanın Əməkdar İdman Xadimi, Beynəlxalq dərəcəli hakim Vahid Nəzərov, hakimlər heyətində isə Əməkdar Məşqçisi, Beynəlxalq dərəcəli hakim Azad Mustafayev də olublar. Aprelin

12-də Azərbaycan atleti Valentin Xristov 62 kiloqram çəki dərəcəsində mübarizəyə qoşulacaq. Qeyd edək ki, Azərbaycan bu çempionatda 2-si qadın olmaqla 6 atlet ilə təmsil olunur.

Həmin kateqoriyadan