Azərbaycan kikboksinq federasiyası Gürcüstanda müxtəlif tədbirlərdə iştirak edib

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər davam edir. Allsport.az saytı xəbər verir ki, Azərbaycan kikboksinq federasiyası (AKF) bu məqsədlə Gürcüstana səfər edib.

Milli Məclisin sədr müavini, gənclər və idman komitəsinin sədri, AKF-in fəxri prezidenti Adil Əliyev, federasiyanın prezidenti Orxan Əliyev və idarə heyətinin üzvləri Tiflsidə Botanika bağı ərazisində ağacəkmə aksiyasında iştirak ediblər.

Sonra görkəmli azərbaycanlı ictimai xadimlərin məzarlarını ziyarət ediblər. Həmçinin AKF rəhbərliyi Gürcüstana səfəri çərçivəsində Marneulidə kikboksçularla görüşüb. Federasiya adından idmançılara idman ləvazimatları hədiyyə olunub.

Həmin kateqoriyadan