Azərbaycanda dünya taekvondo hakimləri üçün seminar

Dünya taekvondo federasiyasının xətti ilə ölkəmizdə hakimlər üçün seminar öz işinə başlayıb. Allsport.az saytı xəbər verir ki, açılışda ATF-in vitse-prezidenti Niyaməddin Paşayev, BTF-in baş hakimi Ameli Moras, ATB-nin baş hakimi Şakir Çelbat, təlim direktoru Filipp Bouedo və təlimçi Yoo Jung Seok hakimləri salamlayaraq onlara uğurlar arzulayıblar.

Mayın 14-dək davam edəcək məşğələdə Avropa, Asiya və Afrikadan olan 130-a yaxın ədalət təmsilçisi iştirak edir. Onların içərisində beynəlxalq dərəcəli referilərimiz Gündüz Abdullayev, Oh Kvanq Çeol, Elşad Məmmədov, Elşad Qüdrətli, Coşqun Nadirov, Ramal Camalov, Ramal Əsgərov, Aygül Abdullayeva və milli dərəcəli hakim Jalə Əsədli də var.

Seminarlar gün ərzində 2 dəfə – dövlət bədən tərbiyəsi və idman akademiyasının akt zalında və Azərbaycan taekvondo federasiyasıın məşq zalında keçiriləcək.

Həmin kateqoriyadan