“Azərbaycanda kunq-fuya maraq böyükdür”

İtaliyanın Karrada şəhərində keçirilən dünya çempionatında uğurlu çıxış edən Azərbaycanın yeniyetmələr, gənclər və böyüklərdən ibarət kunq-fu millisi Vətənə qayıdıb.

Allsport.az xəbər verir ki, mundiala yollanan yığma yarışı 37 medalla başa vurub. Onlardan 28-i qızıl, 6-sı gümüş, 3-ü isə bürünc mükafatdır.

Azərbaycan kunq-fu federasiyasının prezidenti Nurlan Aslanov hava limanında komandanın nəticəsini tarixi uğur adlandırıb: “Azərbaycanda kunq-fuya maraq böyükdür. Məhz buna görə rəqabət yüksəkdi. Ən yaxşı idmançılar İtaliyada dünya çempionatında iştirak etdilər. İdmançılarımız həm yeniyetmələr, həm gənclər, həm də böyüklərdə layiqli çıxış edərək ümumilikdə 37 medal qazandılar. Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”.

Həmin kateqoriyadan