“Azərbaycanda olimpiya hərəkatı” foto müsabiqəsinin mükafatçıları

Noyabrın 10-da Bakı fotoqrafiya evində foto müsabiqənin iştirakçılarının sərgisinin açılış mərasimi keçirildi oldu. Allsport.az saytı xəbər verir ki, “Azərbaycanda olimpiya hərəkatı” mövzusunda keçirilən foto müsabiqə milli olimpiya komitəsi və mədəniyyət nazirliyinin birgə təşkilatçılığı ilə MOK-un 30-illik yubileyinə həsr olunub. Foto müsabiqənin iştirakçılarının sərgisində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu idarəsinin idarə heyətinin sədri Şahin Seyidzadə, olimpiya çempionları, tanınmış mədəniyyət və incəsənət xadimləri, idman mütəxəssisləri və digər qonaqlar iştirak ediblər.

Milli olimpiya komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında bildirib ki, bu il 30 illiyini qeyd edən MOK idmanın və olimpiya hərəkatının, olimpizmin, olimpiya ideallarının inkişafı və təbliği istiqamətində özünəməxsus dəsti-xətti ilə dünya idmanında yeni bir səhifə açmağı bacarıb. 30 illik tarixə nəzər saldıqda görürük ki, qarşıda milli olimpiya komitəsini, olimpiyaçılarımızı zəfər və qürur dolu illər gözləyir. Müsabiqənin şərtlərini xatırladan Çingiz Hüseynzadə bildirib ki, MOK-un 30 illik yubileyinə həsr olunmuş foto müsabiqəyə bu ilin 15 avqust tarixindən start verilib. Azərbaycanın 20 peşəkar fotoqrafı müsabiqə əsasnaməsinə uyğun olaraq 10 ədədə kimi foto iş göndəriblər.

Münsiflər heyəti 187 foto arasında ən yaxşılarını seçib. Münsiflər heyətinin üzvü, Azərbaycan Fotoqraflar Birliyinin sədri Rauf Umudov qeyd edib ki, 12 nəfərdən ibarət münsiflər heyəti foto işlərə onlayn qaydada baxış keçirib, seçdikləri fotolar haqqında rəylərini xüsusi büllitenlər vasitəsi ilə MOK-a təqdim ediblər. Şahin Seyidzadə çıxışında milli olimpiya komitəsini 30 illiyi münasibətilə təbrik edib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.

Sonra müsabiqədə I-II-III yerləri tutmuş fotoqraflar təltif olunub. Müsabiqənin şərtlərinə uyğun olaraq 3 fotoqraf 3-cü yerə layiq görülüb. Fotoqraflar İslam Atakişiyev, Bəhruz QurbanlıAzər Əlizadəyə MOK-un 3-cü dərəcəli diplomu və pul mükafatı təqdim edilib. “Azərbaycanda olimpiya hərəkatı” mövzusunda keçirilən foto müsabiqənin 2-ci yerə layiq görülən fotoqrafları Yaqub Cəfərovİlqar Cəfərov də təltif olunublar. 1-ci yerə isə fotoqraf Dilavər Nəcəfov layiq görülüb, MOK-un pul mükafatı və 1-ci dərəcəli diplomla mükafatlandırılıb.

Həmin kateqoriyadan