- Baxış sayı: 37
- 17 May 2024 18:26
- Baxış sayı: 72
- May 18, 2024
- 0
Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində bu gün “Qəbələ” ilə cavab matçına çıxacaq Kiprin “Apollon” klubu azərbaycanlı hakerlərin “sürpriz”i ilə qarşılaşıb. Allsport.az xəbər verir ki, Limassol klubunun rəsmi saytı hakerlərin hücumuna məruz qalıb.
Belə ki, saytı dağıdan hakerlər əsas səhifəyə “Qəbələ”nin kapitanı Cavid Hüseynovun Larnakadakı ilk oyunda penaltidən vurduğu qoldan sonra hamıya bəlli olan jestinin görüntüsü, eləcə də Azərbaycan, Türkiyə, həmçinin Şimali Kipr bayraqlarını yerləşdiriblər.
Lakin qısa müddətdən sonra saytın əvvəlki iş rejimi bərpa olunub.