Azərbaycanlı hakimlərin idarə etdiyi Avroliqa matçında 4 qol, 3 vərəqə

Azərbaycanlı hakim Orxan Məmmədov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ötən gün oyun idarə edib. Allsport.az xəbər verir ki, FİFA referisi Bolqarıstanda yerli “Beroe” ilə Litva “Atlantas”ı arasındakı qarşılaşmada ədaləti qorumağa çalışıb.

Qarşılaşma 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. İlk oyunda da 2:0 hesabıyla üstün olmuş Bolqarıstan klubu adını növbəti mərhələyə yazdırıb.

Məmmədov bu oyunda 3 sarı vərəqə göstərib. Onlardan biri meydan sahiblərinə, digər ikisi isə qonaq komandanın üzvlərinə qismət olub.

Qeyd edək ki, Orxan Məmmədova bu oyunda Yaşar Abbasov, Vaqif Musayev kömək edib. Dördüncü hakim funksiyasını isə Ramil Əhmədov yerinə yetirib.

Həmin kateqoriyadan