- Baxış sayı: 43
- 02 Noyabr 2026 23:31
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Almaniya 3-cü liqasının 10-cu turunda azərbaycanlı futbolçu Rüfət Dadaşovun yer aldığı “Proyssen” öz meydanında “Vehen”lə qarşılaşıb.
Allsport.az saytı xəbər verir ki, ev sahibləri rəqibini 3:0 məyus edib. Hesabı 41-ci dəqiqədə həmvətənimiz açıb.
Millinin keçmiş hücumçusu qollarının sayını 6-ya yüksəldib. Münster 18 xalla 4-cü pillədədir.