- Baxış sayı: 59
- 11 May 2026 15:09
- Baxış sayı: 33
- May 11, 2026
- 0

Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə davam edir. Allsport.az xəbər verir ki, bu gün I-IV yerlər uğrunda yarışda daha bir oyun keçirilib. Böyük maraqla gözlənilən qarşılaşmada “Azəryol” və “Kür” komandaları üz-üzə gəliblər. Fasiləyə 4 top fərqi ilə geridə yollanan qonaqlar ikinci hissədə çox calışsalar da məğlubiyyətdən qurtula bilməyiblər. “Azəryol” çətinliklə də olsa, üstünlüyü qoruyaraq 31:30 hesabı ilə qələbə qazanıb.