- Baxış sayı: 42
- 25 Sentyabr 2026 23:22
- Baxış sayı: 78
- Sentyabr 25, 2026
- 0

Kişi həndbolçuların Azərbaycan çempionatında I-IV yerlər uğrunda yarışda daha bir oyun olub.
Allsport.az xəbər verir ki, “AHF Arena”da keçirilən qarşılaşmada “Qarabağ” və “Azəryol” komandaları üz-üzə gəliblər. Meydançaya favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. Fasiləyə 22:11 hesablı üstünlüklə yollanan “Azəryol” ikinci hissədə də təşəbbüsü əldən verməyərək inamlı qələbə qazanıb – 42:25.