AzAL hazırlığa start verdi

AzAL 2015/16 mövsümünün hazırlıqlarına rəsmən start verib. Allsport.az xəbər verir ki, “təyyarəçilər” ötən gündən başlayaraq yeni mövsümə hazırlaşırlar.

Klubun Şüvəlandakı bazasında baş tutan ilk məşqdə əsasən yerli oyunçular və əvəzedici komandanın bəzi futbolçuları iştirak edib. Legionerlərdən isə Viktor İqbekoyi məşqə başlayıb. Digər əcnəbi futbolçular yaxın günlərdə düşərgəyə qoşulacaq. Həftəlik tsikli Şüvəlanda keçirəcək AzAL həftəsonu yoxlama matçı keçirməyi də nəzərdə tutub. Hələlik rəqibin kimliyi bəlli deyil.

Həmin kateqoriyadan