Azmanlarımız Avropa çempionatına AAAF-in akademiyasında hazırlaşır

9-18 apreldə Tiflisdə ağırlıqqaldıranlar arasında Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu yarışda millimiz iştirak edəcək.

Azərbaycan komandası ötən il məlum dopinq qalmaqalından sonra yarıcan vəziyyətdə olduğundan, Gürcüstan paytaxtına da titullu idmançılarını apara bilməyəcək. Heyətdə cəzalanmış 18 üzvün əsas qisminin dislifikasiyası iyun ayında bitir.

Qitənin ən güclülərinin yarışında mübarizə aparmağa namizəd ağır atletlər AzAL-ın Şüvəlan qəsəbəsində yerləşən bazasında hazırlığı davam etdirir. Millimiz bir müddət təlim-məşq toplanışını rayonların birində keçirib və bu, ictimaiyyətə açıqlanmayıb. Tiflisə kimlərin yollanacağına yaxın günlərdə qərar veriləcək.

Həmin kateqoriyadan