Bədavi Hüseynov məğlubiyyətə nə şərh verib?

Azərbaycan millisinin müdafiəçisi Bədavi Hüseynov Dünya Kuboku-2018-in seçmə qrup ələməsində Şimali İrlandiya futbolçularına qarşı səfər oyunundan sonra açıqlama verib. Allsport.az saytı xəbər verir ki, o, 0:4 hesablı məğlubiyyəti belə şərh edib:

“Bizi çətin oyunun gözlədiyini bilirdik. Rəqibin heyətində ucaboy futbolçular çox idi. Onların “ikinci mərtəbə”dən daha çox yararlanacaqlarını bilirdik. Hər 3 qolun standart vəziyyətdən buraxılması rəqibin oyun üslubunu bir daha təsdiqlədi. Daha yaxşı oynayacağımızı düşünürdük. Amma alınmadı. Düzü, bir qədər də həyəcanlı idik. Matça pis başlamamışdıq.

Ötürmələrə üstünlük verməyə çalışırdıq. Lakin rəqib pressinq edərək, istəyimizə çatmağa imkan vermədi. Meydan da bir qədər sürüşkən idi. Bu da oyunumuza təsir göstərdi. İkinci hissədə yaxşı qol imkanımız oldu. Gedişatı dəyişəcəyimizə inam var idi. Amma alınmadı. Evə məyus dönürük. Növbəti oyunda məğlubiyyətin əvəzini çıxmağa çalışacağıq”.

Həmin kateqoriyadan