- Baxış sayı: 28
- 02 Noyabr 2026 10:39
- Baxış sayı: 262
- Oktyabr 25, 2026
- 0

Braziliyanın “Botafoqo” klubunun keçmiş futbolçusu Tassio Maya dos Santos Rio-de-Janeyroda divarın uçması nəticəsində 41 yaşında faciəvi şəkildə həlak olub.
Allsport.az xəbər verir ki, bədbəxt hadisə şəhərin Santa-Tereza rayonunda baş verib.
Küləyin sürətinin saatda 90 kilometri keçməsi divarın aşmasına səbəb olub.
2019-cu ildə karyerasını başa vuran sabiq futbolçu Braziliya, Portuqaliya, Kipr, Cənubi Koreya, Yunanıstan, Bolqarıstan, Çin, BƏƏ və Kosta-Rikada ümumilikdə 27 klubun formasını geyinib.