Bəhram Bağırzadə “Qəbələ” ilə oyun öncəsi azarkeşlərə bilet paylayacaq

“Neftçi”nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadə “Bakcell Arena”da keçiriləcək “Qəbələ” ilə oyun öncəsi azarkeşlərə matçın biletlərini, klubun şərf və bayraqlarını hədiyyə edəcək. Allsport.az xəbər verir ki, azarkeşlərlə görüş oyundan saat yarım əvvəl, saat 18:30-dan etibarən “Bakcell Arena”nın qarşısında baş tutacaq.

Qeyd edək ki, “Neftçi” – “Qəbələ” oyunu 17 aprel saat 20:00-da start götürəcək.

Həmin kateqoriyadan