- Baxış sayı: 54
- 22 Sentyabr 2026 19:37
- Baxış sayı: 127
- Sentyabr 23, 2026
- 0

“Maribor” Sloveniya çempionatında növbəti oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsində rəqibi 4-cü turda doğma meydanda “Olimpiya” lə qarşılaşıb.
“Bənövşəyilər” liderlə görüşdə heç-heçəyə razılaşıb. Hesabı 18-ci dəqiqədə ev sahiblərindən Milivoje Novakoviç açsa da, 79-cu dəqiqədə qonaqlar buna cavab veriblər və matç 1:1 hesabı ilə bitib.
Hazırda 8 xala malik “Maribor” azərbaycanlı futbolçu Samir Məsimovun şərəfini qoruduğu “Domjale” ilə birgə 2-3-cü yerləri bölüşürlər.