Bakı çempionatı keçirilib

Bakı çempionatı keçirilib

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı baş tutub.

Allsport.az xəbər verir ki, yarış iyulun 29-da Bakı bulvarında təşkil olunub.

Çempionatda paytaxt və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qüvvəsini sınayıb.

İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafəyə yarışıb. Bundan başqa, ilk dəfə olaraq qarışıq kateqoriyasında da mübarizə keçirilib.

Yarışın qalibləri diplom və medallarla təltif olunublar.

Ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsini yoxlamaq və onlar arasında rəqabəti gücləndirməkdir.

Həmin kateqoriyadan