“Bakı” futbol akademiyasının yetirməsi Fransa klubu ilə 3-illik anlaşıb

U-17 millimizin keçmiş üzvü Eldar Tağızadə karyerasını ölkə dışında davam etdirəcək. Allsport.az saytı xəbər verir ki, 18 yaşlı qapıçı Fransanın “Klermon” klubu ilə 2024-cü ilədək müqavilə imzalayıb.

Bu, onun ilk peşəkar sözləşməsidir. O, “Klermon”un 2-ci və U-19 komandasında çıxış edəcək. Tağızadə 1 ilə yaxındır 2-ci liqa təmsilçisinin düşərgəsində məşq edirdi. 

Eldar ölkəmizdə “Neftçi”nin heyətində AFFA-nın uşaq liqalarında mübarizə aparıb. O, son olaraq İspaniyada “Fundacion Marcet” futbol akademiyasında çıxış edib.

Həmin kateqoriyadan