Bakıda AÇ-2020 işıq proyeksiyası ilə

“Avro-2020″nin Bakıda keçirilən oyunlarının təbliğatı məqsədilə müxtəlif səpkili tədbirlər davam edir. Allsport.az xəbər verir ki, iyunun 12-də axşam saatlarında Heydər Əliyev mərkəzinin üzərində işıq proyeksiyası vasitəsilə “Avro-2020”nin “A” qrupunun Bakı olimpiya stadionunda təşkil olunan qarşılaşmalarının iştirakçıları ilə bağlı görüntülər nümayiş etdirilib.

“A” qrupundakı ilk oyun Uels və İsveçrə milli komandaları arasında keçirilib və qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.

BOS-da növbəti oyun iyunun 16-da olacaq. Saat 20:00-da Türkiyə və Uels milliləri qarşılaşacaq.

Həmin kateqoriyadan