“Bakıda gimnastlar üçün yaradılmış infrastruktur Almaniyadakından yaxşıdır”

“Bakıda gimnastlar üçün yaradılmış idman infrastrukturu səviyyə baxımından Almaniyadakı infrastrukturu üstələyir”. Allsport.az xəbər verir ki, bunu “Trend”ə Almaniyanın akrobatik gimnastika üzrə məşqçisi Oliver Edelman deyib.

Onun sözlərinə görə, məşq meydançaları çox yaxşıdır, Almaniyada olduğundan da əladır: “Zal böyükdür, Almaniyadakı zalla müqayisədə daha böyük ölçülərə malikdir”.

Məşqçi Bakıda keçirilən gimnastika üzrə çempionatın yaxşı təşkil edildiyini qeyd edib. Bakıya gəlincə, O.Edelman əlavə edib ki, şəhər hündür binaların çoxluğu ilə onda böyük təəssüratlar yaradıb: “Mən kiçik Heydelberq şəhərində yaşayıram və orada belə şey yoxdur”.

Məşqçinin yetirmələrindən biri Laura Şmidt vurğulayıb ki, Bakı çox xoşuna gəlib: “İlk dəfədir Bakıdayam. Bakı bizim şəhərlərimizdən çox fərqlənir. Bakıdakı gimnastika arenası çox xoşuma gəldi, çünki burada məşq üçün yaxşı şərait var”.

Həmin kateqoriyadan